Allergik Dəri Problemləri
Allergiya Mərkəzində biz, simptomları deyil, səbəbləri müalicə edirik. Müasir texnologiya və peşəkar yanaşma ilə qida, tənəffüs, dərman və dəri allergiyaları üzrə tam spektrli xidmətlər təqdim edirik. Aşağıda ehtiyacınıza uyğun sahəni seçin və ilk addımı atın.
Dərinizdəki Qaşınma, Qızartı və Səpgilər Sadəcə Dəri Problemi Olmaya Bilər
Allergik dəri reaksiyaları – kontakt dermatit, ekzema, urtiker və digər səpgilər – bəzən immun sisteminin xəbərdarlıq siqnalıdır. Aşağıdakı xidmət sahələrinə nəzər salın, əlamətlərinizin səbəbini dəqiq müəyyən edin və rahatlığınızı bərpa edin.

Kontakt Allergik Dermatit
Dərinin kosmetikaya, metala və ya təmizləyiciyə toxunmasıyla yaranan allergik reaksiyaları testlərlə aşkarlayırıq.

Allergik Ekzema
Dəridə səpgilər, qaşınma və çatlamalarla özünü göstərən ekzemanın səbəbi allergiyadır — dəqiq diaqnozla müəyyən edirik.

Root Canal Treatment
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat

Oral Surgery
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat

Cosmetic Dentistry
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat

Teeth Whitening
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat

Orthodontic Treatment
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat

Dental Implants
oluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat
Ən çox bəyəndiyim – Dr. Günel xanımın hər şeyi detallı izah etməsi və heç nəyi tələsdirməməsidir. Peşəkar yanaşma və insani münasibət burada bir aradadır.
İllərlə bəzi dərmanlara qarşı bədənim qəribə reaksiya verirdi. Həmişə təsadüf deyib keçirdim. Burada aparılan testlərlə səbəb tam aydın oldu və indi artıq narahat olmadan müalicə ala bilirəm.
Hər dəfə yaz aylarında özümü yorğun, halsız hiss edirdim. Səbəbini bilmirdim. Allergiya testindən sonra polenə qarşı yüksək həssaslıq çıxdı. Müalicədən sonra fərqi özüm də inanmayacaq qədər tez hiss etdim.
İllərlə səbəbsiz öskürək və burun tıxanıqlığı ilə yaşadım. Sadəcə 2 həftə içində səbəbin allergiya olduğunu öyrəndim və müalicə başladıqdan sonra ilk dəfə rahat nəfəs aldım.
Oğlumun dəri səpgiləri bir çox yerdə düzgün qiymətləndirilmədi. Burada həm testlər dəqiq idi, həm yanaşma çox anlayışlı. Artıq narahatlıq keçdi, özümüzü güvəndə hiss edirik.
Hər yeməkdən sonra şişkinlik və qaşınma yaşayırdım. Qida allergiyası testləri ilə problemi aşkarladılar və sadəcə qidalanma planı dəyişməklə həyatım dəyişdi.
Bizi seçənlərin təcrübəsi ilə tanış olun
Allergiya Mərkəzində müalicə alan yüzlərlə pasiyentin real hekayələri, doğru yolda olduğumuzu göstərir. Onların səsi, bizim keyfiyyət göstəricimizdir.
Peşəkar Allerqoloq
Dr. Günel Məmmədovanın rəhbərliyi ilə elmi əsaslı və fərdi müalicə yanaşma.
Dəqiq Diaqnostika
Allergiyanın səbəbini tapmaq üçün beynəlxalq protokollara əsaslanan test metodları.
Pasiyent Məmnuniyyəti
Sınaqdan keçmiş müalicələrlə yüzlərlə insanın həyatına toxunduq.

Allergiyalarla Bağlı Ən Çox Verilən Suallar
Allergiya simptomları bəzən anlaşılmaz, bəzən qorxuducu ola bilər. İlk dəfə test etdirəcəklər, müalicəyə başlayanlar və ya sadəcə daha çox məlumat almaq istəyənlər üçün burada ən çox rast gəlinən sualları topladıq. Hər cavab, həkim dilindən uzaq, sadə və başa düşülən şəkildə yazılıb. Sualınız burada yoxdursa — bizə yazın, izah edək.
Xeyr, ən çox istifadə olunan prick testi sadəcə dərinin üst qatına tətbiq olunur və çox vaxt ağrısız olur. Uşaqlar və həssas dərisi olan şəxslər üçün də rahat şəkildə aparıla bilər.
Əgər səbəbsiz səpgilər, burun axıntısı, davamlı öskürək, yorğunluq və ya bəzi qidalardan sonra narahatlıq hiss edirsinizsə — bu, test üçün siqnaldır. Dəqiq diaqnoz üçün gecikməyin.
Hər allergiyanın gedişi fərqlidir. Bəziləri zamanla zəifləyir, bəziləri isə həyat boyu davam edə bilər. Mühüm olan onu idarə etmək və gündəlik həyatı allergiyasız yaşaya bilməkdir — bu da doğrun müalicə ilə mümkündür.
Uşaqlar üçün uyğunlaşdırılmış prick testlər və qan analizləri ilə qida və ya ətraf mühit allergiyaları aşkarlanır. Valideyn müşahidəsi də prosesin vacib hissəsidir.
Qida allergiyası immun sisteminin reaksiyasıdır və ağır nəticələr doğura bilər. Həssaslıq isə daha yüngül əlamətlərlə müşahidə olunur. Diaqnoz üçün professional test şərtdir.
Hər zaman yox. Bəzi hallarda sadəcə həyat tərzi və qidalanma dəyişiklikləri ilə ciddi nəticələr əldə edilir. Ancaq bəzi allergiyalar üçün dərman və ya immunoterapiya gərəkə bilər.
Bəli, çox insanda həm qida, həm də tənəffüs allergiyası birlikdə olur. Ona görə də yalnız simptomlara deyil, bütün bədəni əhatə edən diaqnostikaya ehtiyac var.
Əslində bu, risklidir. Çünki səbəb bilinmədikcə simptomları yalnız bastırmış olarsınız. Mərkəzimizdə tətbiq olunan testlərlə allergiyanın kök səbəbi aşkarlanır və yalnız ona yönəlmiş fərdi müalicə planı hazırlanır.